BAKI, TurkicWorld
İyulun 31-də Moskvada Suriya xarici işlər naziri Əsəd Həsən Şeybani ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında görüş keçiriləcək.
TurkicWorld xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, görüş zamanı ikitərəfli gündəlikdə olan aktual məsələlərlə yanaşı, beynəlxalq və regional məsələlər də müzakirə olunacaq.
Bundan əvvəl, Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan telefon danışığı zamanı Suriyada vəziyyətin tezliklə sabitləşdirilməsinin dialoq yolu ilə təmin edilməsinin vacibliyini vurğulayıblar.