AZ

"Kəpəz"in keçmiş kapitanı Qazaxıstanda oynayacaq

"Kəpəz"in sabiq kapitanı Yeqor Xvalkonun yeni klubu bəlli olub.

İdman.biz xəbər verir ki, belaruslu müdafiəçi karyerasını Qazaxıstanın "Tobol" komandasında davam etdirəcək.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 2022-ci ildən Gəncə təmsilçisinin formasını geyinən 28 yaşlı futbolçu bu müddət ərzində 95 çempionat matçında 3 qolla yadda qalıb.

Qeyd edək ki, "Kəpəz" müqaviləsinin müddəti başa çatan futbolçuya yeni razılaşma təklif etməyib.

İdman.biz

Seçilən
61
1
idman.biz

7Mənbələr