AZ

Qəzzada şəkərin qiyməti 100 dollara yüksəldi– Humanitar böhran dərinləşir

Qəzza zolağında davam edən müharibə və blokada səbəbilə ərzaq böhranı daha da ağırlaşıb.
AzPost xəbər verir ki, bölgədə şəkərin qiyməti 1 kiloqram üçün 100 ABŞ dollarına qədər yüksəlib. Bu barədə RİA Novosti-yə açıqlamasında idarəetmə şurasının nümayəndəsi Xail Əbu əl-Hüseyn məlumat verib.

“İnsanlar küçələrdə və çadırlarda yaşayır. Əsas ərzaq məhsulları mövcud deyil, yardım kolonlarına hücum edən ac insanlar təhlükəli vəziyyət yaradıb”, – deyə o bildirib.

Qeyd edək ki, Misirdən göndərilən dördüncü humanitar yardım kolonu bu həftə Qəzzaya daxil olub. Yardımda ərzaq məhsulları, gigiyenik vasitələr və dərman ləvazimatları yer alıb. Lakin bu yardım bölgədəki ümumi ehtiyacın cüzi bir hissəsini qarşılayır.

AzPost.az

Seçilən
31
azpost.info

1Mənbələr