Bakı. Trend:
Qazax rayonu, Ağköynək kəndi istiqamətində açıq ərazidə yanğınolub.
Trend xəbərverir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazaxrayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlbolunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq sahədə başvermiş yanğın daha geniş əraziyə yayılmasına, o cümlədən meşəzolağına keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində dağlıq ərazidə 25 ha sahədə quru ot, kol-kosyanıb.
Meşə zolağı və ətraf ərazilər yanğından mühafizə olunub.