AZ

“Aqrar Sığorta”nın sığorta ödənişləri artıb

Cari ilin yanvar-iyun aylarında “Aqrar Sığorta” ASC 13 milyon 263 min manat sığorta haqqı toplaya bilib. 

Valyuta.az xəbər verir ki, bu sığorta şirkətinin sığorta haqlarında artım olduğunu deməyə əsas verir. 

Belə ki, ötən ilin ilk 6 ayında “Aqrar Sığorta” ASC-nin topladığı sığorta haqqı 11 milyon 184 min manat təşkil edib. 

Beləliklə, illik müqayisədə sözügedən şirkətin sığorta haqlarında 2 milyon 79 min manat və ya 18,5% artım olub. 

“Aqrar Sığorta” ASC-nin sığorta haqqı ilə yanaşı, sığorta ödənişlərində də artım müşahidə olunub. 

Şirkət bu ilin ilk 6 ayında 4 milyyon 443 min manat sığorta ödənişi həyata keçirib. 

Ötən il isə şirkətin sığorta ödənişləri 2 milyon 851 min manat təşkil edib. 
Bu da illik müqayisədə sığorta ödənişlərində 1 milyon 592 min manat və ya 55,8 artım deməkdir. 

Nəticə olaraq, “Aqrar Sığorta” ASC ötən il hər 100 manatdan 25,49 manatını sığorta ödənişi üçün həyata keçirirdisə, bu il hər 100 manatdan 33,49 manatını sığorta ödənişi üçün ayırıb.

Sərvanə Rəmixanova

Seçilən
15
1
valyuta.az

2Mənbələr