AZ

Rusiyada "Anqara" aviaşirkətinin sertifikatı ləğv edildi

Rusiya Federal Hava Nəqliyyatı Agentliyi ("Rosaviatsiya") İrkutskun "Anqara" aviaşirkətinin təyyarələrə və onların komponentlərinə texniki xidmət göstərməyə icazə verən sertifikatını ləğv edib.

Moderator.az bu barədə rg.ru-ya istinadla xəbər verir.

Bu barədə qərar aviaşirkətdə aparılan plandankənar yoxlamadan sonra qəbul edilib.

Yoxlama zamanı "Anqara"nın texniki xidmət üzrə işində pozuntular aşkar edilib. Xüsusən də sənədləşmə işlər faktiki yerinə yetirilmədən tərtib edilib, lazımi alət və avadanlıqlardan istifadə olunmayıb.

Bundan əlavə, aviaşirkət gələcəkdə belə halların təkrarlanmayacağını sübut edəcək materiallar təqdim etməyib.

Xatırladaq ki, iyulun 24-də Rusiyanın Amur vilayətində "Anqara" aviaşirkətinə məxsus "An-24" sərnişin təyyarəsi qəzaya uğrayıb. Təyyarənin qalıqları Tındadan 15 km məsafədə aşkar edilib. Məlumata görə, təyyarədə 43 sərnişin (onlardan 5-i uşaq), 6 ekipaj üzvü olub və hadisə nəticəsində bütün sərnişinləri həlak olub.

Seçilən
15
moderator.az

1Mənbələr