AZ

Kamçatkada 100-ə yaxın afterşok qeydə alınıb

Kamçatkada baş verən güclü zəlzələdən sonra maqnitudası 5 və daha yüksək olan 100-ə yaxın afterşok qeydə alınıb.

Bu barədə Operativ Media Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Federal Tədqiqatlar Mərkəzinin Kamçatka filialına istinadən məlumat yayıb.

Orta hesabla təxminən hər 10 dəqiqədən bir yeni təkanlar baş verir.

Bundan əvvəl regionun Fövqəladə Hallar Nazirliyi 7,5 maqnitudaya çatan zəlzələlərin, həmçinin Avaçinski körfəzi sahillərində yeni sunami təhlükəsinin olacağı barədə xəbərdarlıq etmişdi.

Seçilən
29
5
operativmedia.az

8Mənbələr