AZ

Trampdan Hindistana Rusiya cəzası

ABŞ Prezidenti Donald Tramp, Hindistanın Rusiya və Çinlə enerji ticarətinə görə 1 avqustdan etibarən 25% gömrük tarifinə məruz qalacağını açıqlayıb. 

News24.az xəbər verir ki, Tramp, Truth Social hesabında Hindistanın Rusiya enerji ehtiyatlarının əsas alıcılarından biri olduğunu və bunun "yaxşı hal olmadığını" bildirib.

Tramp, Hindistanın dost ölkə olduğunu desə də, illərdir yüksək tariflər və qeyri-maliyyə ticarət maneələri səbəbindən ABŞ-la məhdud əməkdaşlıq qurulduğunu vurğulayıb. 

O, əlavə olaraq Hindistanın Rusiya silahlarını da kütləvi şəkildə idxal etdiyini xatırladıb və bu səbəblə tariflə yanaşı əlavə cəza da tətbiq olunacağını deyib.

Xeyrənsə Piriyeva

Seçilən
77
news24.az

1Mənbələr