AZ

Sabah Bakıda İsrail və Suriya nazirlərinin görüşü keçiriləcək - YENİLƏNİB

Sabah Bakıda Suriya və İsrail arasında nazirlər səviyyəsində görüş baş tutacaq.

Bu barədə Moderator.az “The Times of Israel”ə istinadən xəbər verir.

Görüşdə Suriyanın xarici işlər naziri Əsəd əş-Şibani və İsrailin strateji planlaşdırma naziri Ron Dermer iştirak edəcək.

Qeyd olunur ki, danışıqlarda təhlükəsizliklə bağlı vəziyyət, o cümlədən Suriyanın cənubundakı vəziyyət müzakirə olunacaq.

19:20

Sabah Bakıda İsrail və Suriya rəsmilərinin görüşü keçiriləcək.

Moderator.az APA-ya istinadən xəbər verir ki, bu barədə AFP-yə diplomatik mənbələrdən məlumat verilib.

Qeyd edək ki, bundan əvvəl də bir sıra media orqanları Suriya və İsrail rəsmilərinin Bakıda görüşdüyü ilə bağlı məlumat yaymışdılar.

Seçilən
33
11
moderator.az

10Mənbələr