Gəncə Şəhər Birləşmiş Xəstəxanasının (ŞBX) nəzdində olan tibb müəssisələrinə yeni rəhbər şəxslər təyin olunub.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun müvafiq əmr imzalayıb.
Belə ki, Abbas Səhhət adına xəstəxanaya İlqar Əliyev, Akademik Zülfüqar Məmmədov adına xəstəxanaya Turanə Rüstəmova rəhbərlik edəcək.
Gəncə ŞBX-nin direktoru İlkin İsmayılov yeni rəhbərləri - direktor müavinlərini kollektivə təqdim edib.
Qeyd edək ki, Abbas Səhhət adına xəstəxanaya rəhbərlik edəcək İlqar Əliyev ixtisasca ümumi cərrahdır və yeni təyinata qədər Müdafiə Nazirliyinin Quru Qoşunlarının Tibb Xidmətində çalışıb.
Akademik Zülfüqar Məmmədov adına xəstəxanaya rəhbərlik edəcək Turanə Rüstəmova isə ixtisasca həkim reanimatoloq-anestezioloqdur və yeni təyinata qədər həmin xəstəxanada Təcili tibbi yardım şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərib.