Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən VETENNAMİNE.AZ saytına bildirilib ki, bu mövsümlərdə havaların yağıntılı keçməsi səbəbindən torpaqda yaranmış nəmlik hesabına əkilən tinglərin bitiş faizi daha yüksək nəticə verir, havalar istiləşənə qədər formalaşmış kök sistemi hesabına tinglər normal böyüyüb inkişaf edir. Bu dövrdə alaq otlarının da olmaması kök sisteminin daha yaxşı inkişafına səbəb olur.
“Odur ki, əkin işlərinin şaxtasız günlərdə, torpaq səthinin donmadığı vaxtlarda aparılması məqsədəuyğun hesab olunur. Subtropik regionlarda bu işləri il boyu yerinə yetirmək mümkündür. Aparılan əkin işlərində yerli şəraitə uyğunlaşmış növlərə, xüsusən də qışda yarpağı tökülən ağac cinslərindən palıd, vələs, fıstıq və ağcaqayına daha çox üstünlük verilməsi tövsiyə olunur”.

Asiman Xəlili
Vətən Naminə Mətbuat Xidməti