ABŞ-da Ətraf Mühitin Mühafizəsi Agentliyi “əbədi kimyəvi maddələr”lə bağlı xəbərdarlıq edib.
Moderator.az xəbər verir ki, Agentlik bir sıra maddələrin ciddi təhlükə mənbəyi olduğunu bildirib. Bura suya davamlı parçalar, xalça qoruyucuları, yanğınsöndürmə köpükləri və digər süni kimyəvi maddələr daxildir.
Qeyd edək ki, iİstiliyə, yağa və suya davamlılığı və müqaviməti ilə tanınan maddələr ətraf mühitdə çox uzun müddət qaldıqları üçün bəzən əbədi kimyəvi maddələr də adlandırılır.
Agentlik bildirib ki, bəzi hallarda bu maddələr torpağa sızaraq yeraltı sulara qarışır və nəticədə bu sulardan istifadə insna sağlamlığı üçün ağır nəticələrə səbəb olur. Bu səbəblə də Agentlik ABŞ-ın bir sıra bölgələrində su quyuların analizini aparmaqdadır. Ölkədə “əbədi kimyəvi madələr”lə bağlı təhlükənin miqyasının bu analizlərin nəticəsindən sonra bəlli olacağı gözlənilir.
Seymur ƏLİYEV