AZ

Cinayətdə şübhəli sayılan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub

Gürcüstanın Baş Prokurorluğu tərəfindən Azərbaycan vətəndaşı Süleymanov Elnur Qüdrət oğlunun ekstradisiyası haqqında qərar qəbul olunub.

Baş Prokurorluqdan Ucnoqta.az-a verilən xəbərə görə, Suraxanı rayon polis idarəsi tərəfindən istintaqı aparılan cinayət işi üzrə Elnur Süleymanov Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma xuliqanlıq niyyəti ilə törədildikdə) və 221.1-ci (xuliqanlıq) maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib.

Elnur Süleymanov Gürcüstan Respublikası ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.

Seçilən
94
20
ucnoqta.az

10Mənbələr