İyulun 31-də Bakıda Suriya və İsrail rəsmiləri arasında növbəti görüş keçiriləcək.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.
Məlumata görə, görüş nazirlər səviyyəsində baş tutacaq.
Qeyd edək ki, iyulun 13-də də Bakıda Suriya və İsrail nümayəndələri arasında görüş keçirilmişdi.