Ajans.az xəbər verir ki, bu barədə FHN tərəfindən məlumat verilib. Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq sahədə baş vermiş yanğın daha geniş əraziyə yayılmasına, o cümlədən meşə zolağına keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində dağlıq ərazidə 25 ha sahədə quru ot, kol-kos yanıb.

Meşə zolağı və ətraf ərazilər yanğından mühafizə olunub.