AZ

Məhkəmə İmamoğlunun tələbini qəbul etmədi


Məhkəmə Türkiyənin aparıcı müxalifət partiyası Cümhuriyyət Xalq Partiyasının (CHP) həbsdə olan prezidentliyə namizədi Əkrəm İmamoğlunun universitet diplomunun ləğv edilməsinə dair qərarın icrasının dayandırılması tələbinə rədd cavabı verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.
Qeyd edək ki, hal-hazırda Silivri Həbsxanasında saxlanılan İmamoğlu, diplomunun etibarsız sayılması ilə bağlı qərarın ləğv edilməsi üçün məhkəməyə müraciət etmişdi.
Qeyd olunur ki, məhkəmə bu qərarın icrasının dayandırılması tələbini qəbul etməyib.
Xatırladaq ki, İstanbul Universiteti 18 mart tarixində Əkrəm İmamoğlunun bakalavr diplomunun ləğv edilməsi barədə qərar çıxarıb. Universitet, onun diplom məlumatlarını yalnız 6 may tarixində öz bazasından silib.
Seçilən
7
1
yeniavaz.com

2Mənbələr