AZ

Azərbaycan millisinin futbolçusu yenidən "Beşiktaş"da!

Azərbaycan qadın futbol millisinin üzvü Yeliz Acar karyerasını Türkiyədə davam etdirəcək.

90deqiqe.Az xəbər verir ki, 27 yaşlı müdafiəçi İstanbulun köklü klublarından olan "Beşiktaş"la müqavilə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Yeliz Acar son mövsümü “Fatih Vatan” komandasında keçirib. Təcrübəli futbolçu üçün bu, "Beşiktaş"a ilk keçid deyil — o, 2014-2016-cı illərdə də "qara-ağlar"ın formasını geyinmişdi.

Yeliz Acarın yeni komandasında göstərəcəyi performans Azərbaycan futbol ictimaiyyəti tərəfindən də maraqla izlənəcək.

Seçilən
63
90deqiqe.az

1Mənbələr