AZ

Hava məkanı bağlandı, bütün uçuşlar ləğv edildi: Həyəcan təbili çalındı!

İngiltərənin paytaxtı Londonda bütün hava məkanı texniki nasazlıq səbəbindən müvəqqəti olaraq bağlanıb.

Turkustan.az xəbər verir ki, Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatı (EUROCONTROL) radar sistemində yaranan texniki problemə görə Londonun Nəzarət Edilən Hava Məkanının (CTA) bağlandığını açıqlayıb. Məlumatda bildirilib ki, nasazlıq birbaşa uçuş təhlükəsizliyinə təsir göstərdiyi üçün bütün uçuşlar dayandırılıb.

Milli Hava Nəqliyyatı Xidməti (NATS) Stenvik hava nəqliyyatı idarəetmə mərkəzində texniki nasazlıq baş verdiyini təsdiqləyib. Açıqlamada qeyd olunub: "Texniki nasazlıq səbəbindən London idarəetmə mərkəzindən həyata keçirilən uçuşlara məhdudiyyətlər tətbiq edilib. Mühəndislər problemi mümkün qədər tez həll etmək üçün intensiv şəkildə çalışırlar. Hazırda əməliyyatların nə vaxt normallaşacağı barədə dəqiq məlumat verə bilmərik".

London Gatwick Hava Limanı da texniki problemlə bağlı sosial media üzərindən açıqlama verib: “NATS-i təsir edən texniki nasazlıq ölkə üzrə beynəlxalq uçuşlara ciddi təsir göstərir. Hal-hazırda problem aradan qaldırılana qədər London Gatwick-dən heç bir uçuş həyata keçirilmir”.

Eyni problemlər Edinburq, Birmingem və Mançester də daxil olmaqla digər şəhərlərin hava limanlarında da uçuşların təxirə salınmasına və ləğvinə səbəb olub.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
24
turkustan.az

1Mənbələr