AZ

"Turan Tovuz" bu qədər pulu görün kim verib!

"Turan Tovuz" heyətinə qatdığı Filip Ozobiçə görə nə qədər xərcə düşdüyü bilinib.

Son iki mövsümdə “Neftçi”nin şərəfini qoruyan yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.

Xorvatiyalı ən azı 2026-cı ilin yayınadək burada çıxış edəcək və bu müddətdə 170 min dollar qazanacaq.

Onun sonrakı sezonu Tovuzda keçirib-keçirməməsi isə yerli kulbdan asılı olacaq. Yəni ki, çıxışı rəhbərliyi razı salsa, kontraktın ikinci hissəsi avtomatik qüvvəyə minəcək.

Rusiyada “Spartak”, Xorvatiyada “Hayduk” və “Slaven”də forma geyinmiş Filip Ozobiç ölkəmizdə “Qəbələ” və “Qarabağ”da tər töküb.

Ozobiç 2021-ci ildən şərəfini qoruduğu Azərbaycan millisinin heyətində 15 oyun keçirib və 1 qol vurub.

"Turan Tovuz" daha öncə David Oliveyra Tavareş (son klubu "Buzau", Rumıniya), Abdulla Rzayev ("Sabah"dan icarəyə götürülüb), Roberto Olabeni ("İbiza", İspaniya) transfer edib.

SPORTİNFO.AZ

Seçilən
14
sportinfo.az

1Mənbələr