AZ

Müğənni həyat yoldaşı tərəfindənqətlə yetirildi

Özbəkistanda Zeboyi Cahon təxəllüsü ilə tanınan Zebinoso Nosirova adlı müğənni qətlə yetirilib.

Redaktor.az axşam.az-a istinadla xəbər verir ki, 35 yaşlı ifaçının həyat yoldaşı tərəfindən boğularaq öldürüldüyü iddia edilib.

İlkin məlumata görə, 33 yaşlı kişi uşaqlarnı görmək məqsədilə Səmərqənd vilayətinin Taylak rayonuna gəlib. Lakin müğənni ilə əri arasında gərginlik yaşanıb. Əri Zeboyini əlləri ilə boğaraq öldürüb.

Şübhəli şəxs artıq saxlanılıb, barəsində qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb. Faktla bağlı araşdırmalara başlanılıb.

Qeyd edək ki, mərhum sənətçinin üç azyaşlı oğul övladı var.

Seçilən
9
1
redaktor.az

2Mənbələr