"Kəpəz"in sabiq kapitanı Yeqor Xvalkonun yeni klubu müəyyənləşib.
"Unikal" xəbər verir ki, belaruslu müdafiəçi Qazaxıstanın “Tobol” komandasına transfer olunub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
2022-ci ildən Gəncə təmsilçisinin formasını geyinən 28 yaşlı futbolçu bu müddət ərzində 95 çempionat matçında 3 qolla yadda qalıb. Müqaviləsinin müddəti başa çatan futbolçu ötən ay “Kəpəz”dən ayrılıb.