AZ

Hindistan Trampın tarif qərarına cavab verdi

Hindistan ABŞ Prezidenti Donald Trampın 25 faiz tarifləri ilə bağlı açıqlamasını nəzərə alıb və bunun ikitərəfli ticarətə təsirini öyrənir.

Bakues.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Hindistanın Sənaye və Ticarət Nazirliyi Trampın qərarına cavab olaraq bildirib ki, onlar fermerlərinin və bizneslərinin qorunmasına böyük önəm verirlər və milli maraqlarını qorumaq üçün lazım olan bütün addımları atacaqlar.

Nazirlik əlavə edib ki, Yeni Dehli və Vaşinqton bir neçə aydır ədalətli, balanslaşdırılmış və qarşılıqlı faydalı ikitərəfli ticarət sazişi üzərində danışıqlar aparır və Hindistan tərəfi bu məqsədə sadiq qalır.

Donald Tramp, özünün TRUTH Social sosial şəbəkəsində avqustun 1-dən Hindistana 25 faiz idxal rüsumu tətbiq edəcəyini açıqlayıb.

O həmçinin qeyd edib ki, yuxarı tariflər və ticarət maneələri ilə yanaşı, Hindistan Rusiya ilə əməkdaşlıq səbəbindən cərimələnəcək.

Tramp Hindistanla ticarət əlaqələrinin uzun illərdir qeyri-bərabər olduğunu, çünki Yeni Dehli digər ölkələrə nisbətən “həddindən artıq yüksək tariflər” və sərt ticarət maneələri tətbiq edib.

Seçilən
16
3
icma.az

4Mənbələr