"Meyxana deyən dostlarımızın Yazıçılar Birliyinə üzv olması fəxrdir. Bu, o deməkdir ki, biz də ora üzv ola bilərik. Yazanlar müraciət etsə, üzv ola bilərlər".
Bizim.Media xəbər verir ki, bu sözləri meyxanaçı Mehman Əhmədli "Günə bax" verilişində deyib.
İfaçı aparıcı İlqar Mikayıloğlunun "Sizin Yazıçılar Birliyinə üzv olmaq şansınız böyükdür. Şairsiniz axı" sözlərinə belə reaksiya verib:
"Son zamanlar ora üzv olan bir-iki adam gördüm. Mənim üçün ora əlçatmaz idi. Amma həmin adamlara görə, artıq əlçatmaz deyil. Baxdım, maraqlı gəldi ki, hər adamı asanlıqla götürürlər? Olmaz... Senzura olmalıdır: hansı şeirin, qəzəlinlə üzv oldun?. Bəziləri var ki, ora həqiqətən layiqdirlər. Adını çəkmirəm, yəqin insanlar bildi kimi deyirəm". (axsam.az)
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta