"Komanda şəklində daha yaxşısını edə biləcəyimizə inanıram”.
Operativ Media xəbər verir ki, bunu UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda “Aris”lə sabah baş tutacaq matç öncəsi mətbuat konfansında "Araz-Naxçıvan"ın baş məşqçi Elmar Baxşıyev deyib.
O, rəqib komandadan çəkindiyini qeyd edib.
“Birinci oyundan əvvəl də qeyd etdmişdik ki, şanslar bərabərdir. Bunu söz xatirinə demirdik, rəqibimizin yaxşı komanda olduğunu bilirdik. Buna görə Bakıdakı oyundan əvvəl şansların 50-nin 50-yə olduğunu demişdik. Bizi öz komandamız maraqlandırır. “Aris”in bərbad komanda olduğunu düşünmürəm. Sizdən fərqli olaraq biz meydanda həmin mübarizəni hiss edirdik. “Aris”ə hörmət edir, bir qədər çəkinirik.
Elmar Baxşıyev komanda olaraq ən yaxşısını etməyə çalışacaqlarını bildirib.
"Şans dediyiniz statistikadır, ona baxmırıq, oyunun taleyi meydanda həll olunur. Oyun ərzində komanda olaraq ən yaxşısını etməyə çalışacağıq. Birinci oyunu unutmuşuq. Sabahkı görüş haqda düşünürük. Komanda şəklində daha yaxşısını edə biləcəyimizə inanıram".
Təcrübəli mütəxəssis Bakıdakı oyunu və nəticəni unutduqları deyib.
Rəqibin necə oynayacağı haqda danışmaq istəmirəm. Çünki məni komandam, futbolçularımın nə edəcəyi maraqlandırır. “Aris”in güclü və zəif tərəflərini bilirik. Azarkeşlərə gəldikdə, bizim futbolçular da müxtəlif vaxtlarda bu cür fanat ordusu qarşısında oynayıblar. Ona görə ciddi təzyiq altına düşəcəklərinə inanmıram. Yenə deyirəm, Bakıdakı oyunu və nəticəni unutmuşuq. Hər şey sabahkı oyunda həll olunacaq. Biz də komanda olaraq bu görüşə köklənmişik”.