AZ

“Qarabağ” HESABI AÇDI - VİDEO

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ” və “Şelburn” komandaları arasında keçirilən cavab görüşündə hesab açılıb.

Bizim.Media xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən matçın 44-cü dəqiqəsində rəqibin heyətində Con Martin avtoqol müəllifi olub.

Hazırda oyunun 2-ci hissəsi oynanılır. Matçı İtaliyadan olan hakimlər briqadası idarə edir.

Qeyd edək ki, komandalar arasında İrlandiyada baş tutan ilk matçda “Qarabağ” 3:0 hesablı qələbə qazanıb. Bu cütün qalibi III təsnifat mərhələsində FKSB (Rumıniya) – “Şkendiya” (Şimali Makedoniya) cütünün qalibi ilə qarşılaşacaq.


Bizim.Media

Seçilən
5
bizim.media

1Mənbələr