ABŞ Prezidenti Donald Tramp üçün gülləkeçirməz şüşələri olan zirehli qolf maşını hazırlanıb.
Axşam.az xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.
Ötən həftəsonu Tramp Şotlandiyada qolf oynayarkən onu iri ölçülü, qara rəngli qolf avtomobili müşayiət edib. Təhlükəsizlik üzrə mütəxəssislər həmin avtomobilin Trampın rəsmi limuzininə bənzədilərək hazırlanmış zirehli qolf kar olduğunu bildiriblər.
ABŞ Gizli Xidmətinin nümayəndəsi avtomobilin zirehli olub-olmaması ilə bağlı məlumat verməkdən imtina edib. Qurum yalnız onu qeyd edib ki, Trampın təhlükəsizliyi üçün istifadə olunan vasitə və üsullar açıqlanmır.
Qeyd edək ki, 10 ay əvvəl Trampa Vest Palm Biç şəhərində sui-qəsd cəhdi edilmişdi. Bu hadisədən sonra onun təhlükəsizliyinin daha da gücləndirildiyi bildirilir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta