AZ

Qondarma erməni spiker Azərbaycanı şərlədi - "ya sürgün, ya..."


Əslində ermənilər doğrudan da Qarabağdan könüllü deyil, separatçı qurumun əmri ilə köçüblər

"Artsax" "parlamentinin spikeri" Aşot Danielyan Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibəsində Azərbaycan prezidentinin beynəlxalq məsələlər üzrə müşaviri Hikmət Hacıyevin açıqlamalarına münasibətində deyib:

"On aylıq blokada və onun fəlakətli nəticələri, eləcə də 2023-cü il sentyabrın 19-da baş vermiş hərbi hücum insanları aydın seçim qarşısında qoydu: məcburi sürgün və ya fiziki məhv. Bu, Azərbaycanın təklif etdiyi "reinteqrasiya"dır: hüquqsuz, təhlükəsizliksiz, yaşamaq zəmanəti olmadan tabeçilik".

Ermənilər həmişə hadisələri təhrif etməkdə, yalan danışmaqda xüsusi məharət göstərir. Aşot Danielyan da genetik olaraq bu qabiliyyətə sahibdir. Əslində isə Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazilərini nəzarətə götürdü, separatçı rejimə silah daşınmasının və Azərbaycan sərvətlərinin talan edilərək qeyri-qanuni ixrac edilməsinin qarşısını aldı. Laçın sərhəd-keçid məntəqəsi humanitar keçid üçün həmişə açıq olub, burada blokadadan söhbət gedə bilməzdi. Sadəcə, ermənilər beynəlxalq ictimaiyyətin diqqətini çəkmək üçün Qarabağ ermənilərinin "blokadada ac qaldığı" görüntüsünü yaratmaq istəyirdi. Hətta buna görə separatçı qurumun rəhbərləri gətirilən ərzağı anbarlara yığaraq satışa buraxmırdılar. Bu barədə erməni mediası geniş məqalələr dərc edib. Sonda Azərbaycan tərəfi ermənilərin bəhanəsini kəsmək üçün özü Xankəndiyə ərzaq yardımı göndərdi, separatçılar bunu da qəbul etmədi. Bu da sübut edir ki, separatçılar Qarabağda qəsdən blokada görüntüsü yaratmaqda maraqlı idilər.

O ki qaldı 2023-cü il sentyabrın 19-da həyata keçrilən məhdud antiterror əməliyyatına, bu, qeyri-qanuni silahlı dəstələrə yönəlik bir əməliyyat idi. Qarabağdan könüllü köçən az qala hər bir erməni Azərbaycan mediasına öz münasibətində bildirib ki, Azərbaycan əsgəri tərəfindən onlara qarşı heç bir zorakılıq olmayıb, onlar separatçı qurumun verdiyi komanda ilə Ermənistana köçürlər.

Əslində ermənilər doğrudan da Qarabağdan könüllü deyil, separatçı qurumun əmri ilə köçüblər. Separatçılar üçün əhalinin taleyi maraqlı deyildi, onlar beynəlxalq skandal qoparmaq üçün ermənilərə köçmək əmri verdilər ki, sonradan bunu "etnik təmisləmə", "zorla ata-baba yurdundan" qovulma kimi qələmə versinlər və bundan bir təbliğat vasitəsi kimi istifadə etsinlər. Hazırda da ermənilər, erməni lobbisi, diasporu, ermənilərdən istifadə etməyə çalışan dövlətlər məhz bu kartdan istifadə edərək Azərbaycana təzyiq göstərməyə çalışır. Halbuki, Ermənistanın baş naziri Nikol Paşinyan bu antiterror əməliyyatından sonra etiraf etdi ki, Azərbaycan ordusu tərəfindən Qarabağ ermənilərinə qarşı heç bir zorakılıq göstərilməyib. Əhaliyə qarşı zorakılıq göstərilməyibsə, əksinə, onlara qalıb reintiqrasiya olunmaq öz dillərində təklif edilibsə, burada heç bir etnik təmizləmədən söhbət gedə bilməz. Lakin ermənilər Azərbaycan hökumətini deyil, seperatçıları eşidib, Qarabağı könüllü şəkildə tərk etdilər.

Onların Qarabağı belə asanlıqla tərk etməsinin başqa bir səbəbi də var. Qarabağı 2023-cu ilin sentiyabrında tərk edən əhalinin böyük əksəriyyəti buraya son 30 ildə, işğal dönəmində köçürülmüş əhali idi. Deməli, bu əhali Azərbaycan ərazisinə qeyri-qanuni miqrasiya edib. Bu halda Azərbaycan dövlətinin onları qeyri-qanuni miqrant kimi deportasiya etmək hüququ yaranırdı. Əksəriyyət separatçılar tərəfindən bununla təhdid edilərək köçməyə razı salınıb. Separatçılar həmin əhaliyə deyirdi ki, onsuz da sizi Azərbaycan hökuməti deportasiya edəcək, yaxşısı budur indidən köçün. Az sayda olan yerli ermənilər də onlara qoşulub Qarabaği tərk etdi.

Digər tərəfdən, ermənilərin Azərbaycan əhalisinə qarşı törətdiyi vəhşiliklər həmin əhalinin gözü önündə baş verib. Onlar həm də bundan vahimələnərək Qarabağı panika içində tərk etdi. Onların gözü önundə minlərlə azərbaycanlı vəhşicəsinə, işgəncələrlə qətlə yetrilib, alçaldılıb və s. Ermənilər düşünürdü ki, Qarabağda qalsalar azərbaycanlılar da onlara qarşı eyni vəhşilikləri törədə bilər. Lakin Azərbaycan hökuməti ermənilərə təhlükəsizlik təminatı vəd edirdi.

Hazırda ermənilərin Qarabağdan qovulduğunu iddia edənlər də əhalinin geri qayıtmasını istəmir, onlara bu lazım deyil. Onlara lazımdır ki, bu alət vasitəsi ilə Azərbaycana təzyiq göstərsinlər. Bununla da heç nəyə nail olmaq mümkün deyil.

Akif NƏSİRLİ

Seçilən
10
baki-xeber.com

1Mənbələr