AZ

TƏBİB rəhbərindən iki yeni direktor TƏYİNATI

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının (ŞBX) nəzdində olan tibb müəssisələrinə yeni rəhbər şəxslər təyin olunub.

Viral.az xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov müvafiq əmr imzalayıb.

Belə ki, Abbas Səhhət adına xəstəxanaya İlqar Əliyev, Akademik Zülfüqar Məmmədov adına xəstəxanaya Turanə Rüstəmova rəhbərlik edəcək.

Son Yazılar:

Qeyd edək ki, Abbas Səhhət adına xəstəxanaya rəhbərlik edəcək İlqar Əliyev ixtisasca ümumi cərrahdır və yeni təyinata qədər Müdafiə Nazirliyinin Quru Qoşunlarının Tibb Xidmətində çalışıb.

Akademik Zülfüqar Məmmədov adına xəstəxanaya rəhbərlik edəcək Turanə Rüstəmova isə ixtisasca həkim reanimatoloq-anestezioloqdur və yeni təyinata qədər həmin xəstəxanada Təcili tibbi yardım şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərib.

Seçilən
30
19
viral.az

10Mənbələr