AZ

Yerin oxu dəyişir: Alimlər həyəcanverici kəşflə heyrətə gəldilər

Tədqiqatçıların fikrincə, bu, əsasən yeraltı suların böyük miqyasda vurulması ilə bağlıdır.

QHT.az xəbər verir ki, Seul Milli Universitetinin professoru Ki-Veon Seonun rəhbərliyi ilə aparılan araşdırmaya əsasən, 1993-2010-cu illər arasında insan fəaliyyəti, xüsusilə yeraltı suların genişmiqyaslı vurulması Yerin fırlanma oxunun 80 santimetr dəyişməsinə səbəb olub. Alimlər bildirir ki, bu dəyişiklik dəniz səviyyəsinin yüksəlməsi və iqlim qeyri-sabitliyi ilə nəticələnə bilər.

Tədqiqatçılar hesab edirlər ki, çəkilən yeraltı sular sonradan okeanlara axaraq onların həcmini artırır. Ümumilikdə, bu illərdə 2150 giqaton su yer dəyişib ki, bu da fırlanma oxunun sürüşməsinə təsir göstərib. Ən çox təsir edən bölgələr Şimali Amerikanın qərbi və Hindistanın şimal-qərbi olub.

Professor Seon qeyd edib: “Bir ata və Yer kürəsinin sakini kimi narahatam ki, bu, dəniz səviyyəsinin qalxmasının daha bir mənbəyidir.” Tədqiqatçılar xəbərdarlıq edirlər ki, bu proses davam edərsə, sahil daşqınları daha da güclənə bilər.

 

R. İmanov

 

Seçilən
17
qht.az

1Mənbələr