AZ

"Mançester Yunayted" yeni hücumçusunu seçib

"Mançester Yunayted" heyətini gücləndirmək üçün yeni hücumçu axtarışını davam etdirir.

90deqiqe.Az-ın "The Telegraph"a istinadən məlumatına görə, İngiltərə təmsilçisi seçimində qərar verib və "Leypsiq"in hücumçusu Benjamin Şeşkonu transfer etmək niyyətindədir. "Qırmızı şeytanlar" daha əvvəl adı çəkilən Olli Uotkinsdən imtina edərək diqqətini gənc slovak hücumçuya yönəldib.

Artıq "Mançester Yunayted" Şeşkonun çıxış etdiyi Almaniyanın "Leypsiq" klubu ilə ilkin əlaqə qurub. Lakin hələlik rəsmi təklif təqdim olunmayıb. Bildirilir ki, "Leypsiq" 22 yaşlı forvard üçün ən azı 80 milyon avro tələb edəcək.

Eyni zamanda, Şeşkoya digər Premyer Liqa klubu – "Nyukasl" da maraq göstərir. Məlumata görə, "sağsağanlar" yaxın vaxtlarda Aleksandr Isakla yolları ayıra bilər. İsveçli forvardın "Liverpul"a transferi gündəmdədir və bu halda "Nyukasl" onu məhz Şeşko ilə əvəzləmək niyyətindədir.

Seçilən
8
90deqiqe.az

1Mənbələr