OLAY yazır ki, bu barədə bloger Nəcibə Əhmədinin (Nadjiba) Yutub kanalında açıqlama verib.
“Bu söhbət keçən il olub. Dostumla başqa bir tanışımızla görüşmüşdük. Dedi ki, sənin haqqında bir şey eşitmişəm, özüm də şok oldum. Ona deyiblər ki, guya mənim mağazamı bizneslə məşğul olan bir oğlan açıb, onunla sevgili olmuşam. Guya onun da başqa sevgilisi var imiş, onun işlədiyi restorana getmişəm. Qızın xəbəri olub, məni orda qovub. Mən də qorxumdan mağazanı bağlamışam. Həmin tanışımız da deyib ki, nə danışırsınız Mehin elə qız deyil, mağazanı da öz yığdığı pulla açıb. Ssenariyə baxın… Mənim üçün ən pik şayiə budur. Amma belə danışırlar ki, saxlayanı var, qoca sevgilisi var. Bunlar cahil cəsarəti olan insanların uydurmalarıdır”.