İsveçrəli qadın futbolçu Alişa Lehman böyük qalmaqala səbəb olan açıqlaması ilə diqqət mərkəzinə düşüb.
Fanat.Az xəbər verir ki, Lehman öz bacarıqlarını müqayisə edərkən belə deyib:
“Messi və Ronaldu artıq yaşlandılar. Mən onlardan daha yaxşıyam.”
Bu barədə məlumatı "Fotomaç" yayıb.
Futbol dünyasında iki əfsanə – Lionel Messi və Ronaldu ilə özünü müqayisə etməsi, sosial mediada və idman ictimaiyyətində geniş müzakirələrə səbəb olub.
Qeyd edək ki, Lehmanın bu fikirləri xüsusilə onun marketinq dəyəri və sosial mediada böyük izləyici kütləsinə sahib olması fonunda, səs-küy doğurub.
Kamil Xudiyev