AZ

Maykl Ceksonun məşhur corabı rekord məbləğə satıldı - FOTO

Maykl Ceksonun 1997-ci ildə Fransaya qastrol səfəri zamanı geyindiyi corab hərracda 6200 avroya satılıb.

"Unikal" xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.

"Pop musiqi kralının 1997-ci ildə Fransa turnesi zamanı geyindiyi aksessuar 30 iyul çərşənbə günü Nimesdə keçirilən hərracda 6200 avroya satılıb", - məlumatda deyilir.

Nəşrin məlumatına görə, unikal əşya əvvəllər 4 min avro dəyərində qiymətləndirilirdi.

Maykl Cekson bu aksessuarı "HIStory World Tour" zamanı geyinib. Kanal qeyd edir ki, corab 1997-ci il iyunun 27-də Nitsadakı konsertdən sonra Çarlz Herman stadionunda səhnə ustası tərəfindən tapılıb. Müğənninin pcorabları kristallarla bəzədilib və məşhur "ay gəzintisi"nin ifası zamanı geyilib.

Seçilən
8
unikal.az

1Mənbələr