AZ

Alonsonun Arda barədə qərarı bilindi

"Real Madrid"in baş məşqçisi Xabi Alonso Arda Gülerin oyunundan məmnundur. Metbuat.az xəbər verir ki, Alonso Ardanı “Real”dakı layihəsinin əsas futbolçularından hesab edir. “Marca” qəzetinin xəbərinə görə, Xabi Alonso Arda Güler haqqında qərar verib. Bildirilir ki, Klublararası Dünya Çempionatında Xabi Arda Güleri fərqli mövqedə oynatmışdı. Arda turnirdə yaradıcı yarımmüdafiəçi, arxasında üç müdafiəçinin olduğu taktikada ilə çıxış etmişdi. Alonso Ardanın oyun qurmaq bacarığından, topa nəzarəti və topla keçmə bacarığından istifadə etmək istəyir. Alonso eyni zamanda Ardanın oyun taktikasına və müdafiəyə töhfə verməsini tələb edir.

Bildirilir ki, Klublararası Dünya Çempionatında Arda uğurlu oyun nümayiş etdirib. Xabi Alonso Ardanın performansından və davranışından razı qalıb.

Seçilən
21
metbuat.az

1Mənbələr