AZ

"Beşiktaş"lı futbolçunun evi qarət olunub

"Beşiktaş" futbol klubunun ingiltərəli hücumçusu Temmi Abrahamın evi qarət olunub.

News365.az xəbər verir ki, bu barədə ingilis futbolçu sosial şəbəkə hesabında məlumat verib.

Onun sözlərinə görə, oğrular bir neçə gün əvvəl onun Londondakı evinə giriblər.

Abraham oğruların evdən bir neçə dəyərli əşya götürdüklərini vurğulayıb. O, hadisə zamanə ailə üzvlərinin zərər çəkmədiyini bildirib.

Qeyd edək ki, Temmi Abraham bu mövsüm icarə əsasında "Roma" klubundan "Beşiktaş"a keçib.

Seçilən
22
news365.az

1Mənbələr