AZ

Kaxa Kaladze yenidən Tbilisi meri vəzifəsinə namizəd olacaq

Gürcüstanda oktyabrın 4-də keçiriləcək yerli seçkilərə 2 ay qalıb. Bu seçkilərdə paytaxt Tbilisi də daxil olmaqla Gürcüstanda 64 şəhər və rayon üzrə mer və sakrebul üzvləri seçiləcək.

AZƏRTAC xəbər verir ki, artıq siyasi partiyalar Tbilisi meri vəzifəsinə öz namizədlərinin adlarını açıqlayıblar.

Sabiq Baş nazir Qiorgi Qaxariyanın partiyası ilə "Lelo" partiyası Aleko Eliasişvilinin namizədliyini irəli sürüb.

Bu gün isə hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyası hazırkı mer Kaxa Kaladzenin namizədliyini irəli sürəcəyini bildirib. Hakim partiyadan bildirilib ki, Kaladzenin namizədliyi iyulun 31-də rəsmən irəli sürüləcək.

Qeyd edək ki, Kaxa Kaladze ilk dəfə 2017-ci ildə, ikinci dəfə isə 2021-ci ildə Tbilisi meri seçilib.
Seçilən
16
3
sherg.az

4Mənbələr