AZ

"Birinci oyunun nəticəsini yaddan çıxarmışıq" - "Araz-Naxçıvan"ın oyunçusu

style='margin-bottom:10px;'>

"Araz-Naxçıvan"ın futbolçusu Bruno Franko UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunlarında “Aris”ə qarşı keçirəcəkləri matç haqda danışıb. 

QOL.az xəbər verir ki, o, görüşdən öncə keçirilən mətbuat konfransında deyib: 

"Birinci oyunun nəticəsini yaddan çıxarmışıq. Bizim üçün oyunun vacib hissəsi sabah olacaq. Meydana çıxarkən hesabın 0:0 olduğunu düşünəcəyik. Yəni ilk oyuna necə çıxmışdıqsa, bu dəfə də o şəkildə meydana ayaq basacağıq. Birinci oyunda yaxşı şanslarımız oldu. Artıq bunlar keçmişdə qaldı. Birinci oyunda nə etmisənsə, qaldı arxada. İndi sabahkı görüşə diqqət ayırmalıyıq". 

Müdafiəçi səfərdə keçiriləcək oyunda mümkün azarkeş təzyiqindən də söz açıb: "Bilirik ki, sabah stadionda anşlaq olacaq. Bu cür oyunlarda iştirak etmişəm. Yaxşı olardı ki, bizim fanatlar da stadionda yer alsın. Ancaq bunlar oyuna köklənməyimizə təsir etməyəcək".

Qeyd edək ki, iyulun 31-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:15-də başlayacaq. Komandalar arasında ilk matçda "Araz-Naxçıvan" rəqibini 2:1 hesabı ilə məğlub edib.

Seçilən
32
2
teleqraf.com

3Mənbələr