ABŞ millisinin yarımmüdafiəçisi Timoti Vea yaxın gələcəkdə "Yuventus"u tərk etməyəcək.
90deqiqe.Az-ın "Tuttosport"a istinadən məlumatına görə, onun Fransanın “Marsel” klubuna mümkün keçidi baş tutmayacaq.
Tərəflər 12–15 milyon avro dəyərində məcburi satınalma şərti ilə icarə variantını müzakirə ediblər. Lakin "Yuventus" bu təklifi qənaətbəxş hesab etməyərək rədd edib. Turin klubu satınalma öhdəliyinin şərtlərini çox riskli və qeyri-müəyyən sayıb, bu da tam transferə zəmanət vermirdi.
Məsələni aydınlaşdırmaq üçün Timoti Veanın agenti Badu Sambaje Turinə səfər edib və klub rəhbərliyi ilə birbaşa görüş keçirib.
Qeyd edək ki, "Marsel"dən başqa Premyer Liqadan üç klub və Fransa Liqa 1-dən bir komanda da 24 yaşlı futbolçunun xidmətində maraqlıdır. "Yuventus" isə oyunçusunu 18–20 milyon avro qiymətləndirir.
Ötən mövsüm Vea "Yuventus"un heyətində 42 matçda meydana çıxaraq 6 qol vurub və 5 məhsuldar ötürmə edib. Transfermarkt portalına əsasən, onun hazırkı bazar dəyəri 17 milyon avro təşkil edir.