AZ

Britaniyada hava nəqliyyatında problemlər yaşanıb

Böyük Britaniyanın hava nəqliyyatı sektorunda radarlarla bağlı problemlər səbəbindən böyük fasilə yaranıb.

Operativ Media “Sky News”a istinadən xəbər verir ki, təyyarələr paytaxtın Hitrou, Qatvik və Siti hava limanlarından havaya qalxmayıb, Edinburqdan uçuşlar dayandırılıb.

Böyük Britaniyanın hava hərəkətinə nəzarət qrupu olan NATS qəzanı etiraf edib, lakin problemin aradan qaldırıldığını bildirib.

"Mühəndislərimiz bu gün günortadan sonra təsirə məruz qalan sistemi bərpa ediblər. Biz indi London bölgəsində normal əməliyyatları bərpa etmək üçün çalışırıq. Biz fasilələri minimuma endirmək üçün hava yolları və hava limanları ilə sıx işləməyə davam edirik", - NATS-ın açıqlamasında deyilir.

“Daily Telegraph” nəşri gecikmələrin yüz minlərlə sərnişinə təsir edəcəyini bildirib.

Seçilən
1
2
operativmedia.az

3Mənbələr