Rusiyanın xarici işlər nazirinin müavini Sergey Verşinin Nyu-Yorkda türkiyəli həmkarı Nuh Yılmaz ilə Yaxın Şərqdəki vəziyyəti, həmçinin Suriyada baş verən hadisələri müzakirə edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya XİN-in məlumatında deyilir.
"İyulun 29-da Nyu-Yorkda Fələstin-İsrail münaqişəsinin ikidövlətli həllinə dəstək üzrə yüksək səviyyəli beynəlxalq konfrans çərçivəsində RF xarici işlər nazirinin müavini Verşinin Türkiyə Respublikasının xarici işlər nazirinin müavini Yılmaz ilə görüşüb. Ərəb-İsrail münaqişəsi zonasında mövcud genişmiqyaslı böhrandan çıxış yollarının axtarışı üzrə kollektiv səylərə diqqət yetirilməklə Yaxın Şərqdəki cari vəziyyətin ətraflı müzakirəsi keçirilib", - qurumdan bildirilib.