AZ

Qazaxda açıq ərazidə yanğın baş verdi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qazax rayonu, Ağköynək kəndi istiqamətində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bizim.Media xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
 

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq sahədə baş vermiş yanğın daha geniş əraziyə yayılmasına, o cümlədən meşə zolağına keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.


Yanğın nəticəsində dağlıq ərazidə 25 ha sahədə quru ot, kol-kos yanıb. Meşə zolağı və ətraf ərazilər yanğından mühafizə olunub.




Bizim.Media

Seçilən
76
19
bizim.media

10Mənbələr