AZ

Ərəb ölkələrindən gözlənilməz BƏYANAT: HƏMAS-ı Qəzzanı tərk etməyə çağırış etdilər

Qətər, Səudiyyə Ərəbistanı və Misir də daxil olmaqla ərəb ölkələri BMT-nin konfransında HƏMAS-ı pisləyən və Qəzza zolağındakı hakimiyyətdən əl çəkməyə çağıran bəyannaməni dəstəkləyib. Birgə bəyanatı Aİ və Ərəb Liqası da təsdiqləyib.

Qaziler.az-ın məlumatına görə, bu barədə “France 24” telekanalı xəbər verir.

Bəyannamədə deyilir ki, Qəzzada müharibənin dayandırılması kontekstində HƏMAS Qəzza zolağındakı hakimiyyətinə son qoymalı və suveren, müstəqil Fələstin dövlətinin yaradılması məqsədinə uyğun olaraq, beynəlxalq iştirak və dəstək ilə silahlarını Fələstin Muxtariyyətinə təhvil verməlidir.

Telekanalın məlumatına görə, qətnamə mətnində BMT Baş Assambleyasının bu vaxta qədər etmədiyi 2023-cü il oktyabrın 7-də baş verən HƏMAS-ın İsrailə hücumu da pislənir. Sənəddə həmçinin hərbi əməliyyatlar başa çatdıqdan sonra Qəzza zolağında vəziyyəti sabitləşdirmək üçün xarici qüvvələrin mümkün yerləşdirilməsi də tələb olunub.

Nəşr onu da qeyd edir ki, bu, Fələstinin BMT-dəki nümayəndə heyətinin Fələstinə sahilyanı əraziləri idarə etməyə icazə verərək İsrail və HƏMAS-ı Qəzza zolağından çıxmağa çağırışından sonra baş verib. İsrail və ABŞ bu görüşdə iştirak etməyib.

QAZİLER.AZ

Seçilən
29
qaziler.az

1Mənbələr