Sakinlər öz vəsaitləri hesabına yolu təmir etmək istəyirlər, amma yol idarəsi texnika vermir...
Xezerxeber.az xəbər verir ki, Kürdəmir rayonunun Qarabucaq kəndinin sakinləri belə iddia edirlər.
Onların sözlərinə görə, Bakı-Qazax-Yevlax magistralından Kürdəmir rayonun Qarabucaq kəndinə qədər 5 kilometr uzunluğunda əsas işlək yol bərbad vəziyyətdədir.
Sakinlər deyirlər ki, yolda bərkitmə işləri görülməsə, tökülən daşlar dağılacaq, çəkilən əziyyətin heç bir nəticəsi olmayacaq.
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən "Xəzər Xəbər"ə mövqe bildirilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.