AZ

Çempionlar Liqası: “Qarabağ” növbəti mərhələdə – YENİLƏNİB 

“Qarabağ” bu gün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində cavab oyununa çıxıb.

İdmanxeber.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda evdə İrlandiyanın “Şelburn” klubu ilə qarşılaşıb və görüşdən qalib ayrılıb – 1:0.

Bu komandalar arasında ilk oyunda Azərbaycan çempionu səfərdə 3:0 hesablı qələbə qazanıb. 

Qeyd edək ki, cütün qalibi 3-cü mərhələdə “Şkendiya” (Şimali Makedoniya) – FKSB (Rumıniya) (ilk oyun – 1:0) cütünün üstün tərəfi ilə üz-üzə gələcək.

Çempionlar Liqası

2-ci təsnifat mərhələsi, cavab oyunu

30 iyul

20:00. “Qarabağ” (Azərbaycan) – “Şelburn” (İrlandiya) 1:0

Qol: Con Martin, 44-avtoqol

Baş hakim: Andrea Kolombo, Stefano Alassio, Dario Cekkoni, Kevin Bonakina.

VAR: Daniele Doveri.

AVAR: Daniele Paterna.

Tofiq Bəhramov adına Respublika Stadionu.

İlk oyun – 3:0.

Seçilən
6
1
idmanxeber.az

2Mənbələr