AZ

"Neftçi" UEFA Çempionlar Liqasında Türkiyə klubuna məğlub olub

"Neftçi"nin qadınlardan ibarət komandası UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin IV qrupunda Türkiyənin "Fomget" komandasına məğlub olub.

"Report" xəbər verir ki, Albaniyanın paytaxtı Tiranada keçirilən qarşılaşma rəqibin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının I təsnifat mərhələsi yarımfinal və final matçlarından ibarətdir. "Neftçi"yə qalib gələn "Fomget" finalda İsrail təmsilçisi "Kiryat"la üz-üzə gələcək.

Seçilən
13
15
report.az

10Mənbələr