BAKI. 30 iyul. TELEQRAF
Azərbaycanı UEFA Çempionlar Liqasında (ÇL) təmsil edən qadınlardan ibarət “Neftçi” komandası 2025/2026-cı mövsümündə ilk oyununa çıxıb.
Teleqraf xəbər verir ki, bakılılar I təsnifat mərhələsinin yarımfinalında Türkiyənin “Fomget” klubu ilə qarşılaşıb.
Albaniyanın paytaxtı Tiranada keçirilən oyun 2:0 hesabı ilə Türkiyə klubunun qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, finalda “Fomget” İsrailin “Kiryat” klubu ilə qarşılaşacaq.