AZ

“Qarabağ” Çempionlar Liqasının 3-cü mərhələsində

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Şelburn”a (İrlandiya) qalib gələn “Qarabağ” növbəti raunda adlayıb.

Xezerxeber.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matç Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib.

Yeganə qol 44-cü dəqiqəyə təsadüf edib. Qonaqların heyətində Con Martin avtoqol müəllifi olub. 68-ci dəqiqədə meydan sahiblərinin heyətində Kadi Borges əllə oyuna görə təyin edilən penaltini qola çevirə bilməyib.

Qeyd edək ki, Dublində baş tutan ilk oyunda “köhlən atlar” 3:0 hesablı qələbəyə sevinmişdi.

Seçilən
53
12
xezerxeber.az

10Mənbələr