AZ

Trampdan Hindistana Rusiya cəzası: 25 faizlik gömrük rüsumu

ABŞ prezidenti Donald Tramp ölkənin ticarət tərəfdaşlarına qarşı rüsumların tətbiqi üçün avqustun 1-nə qədər olan müddətin təxirə salınmayacağını açıqlayıb.

Marja xəbər verir ki, Tramp bu gün sosial mediada etdiyi paylaşımda "1 Avqust son tarixdir, möhlət müddəti uzadılmayacaq. Amerika üçün əla gündür!!!" yazıb.

Tramp Hindistanın Rusiyadan idxal etdiyi məhsullara 25 faizlik gömrük rüsumunun tətbiq ediləcəyini də bəyan edib.

Tramp sosial mediada Hindistanla bağlı bildirib:

"Unutmayın ki, Hindistan bizim dostumuz olsa da, biz bu illər ərzində onlarla nisbətən az iş görmüşük, çünki onların ABŞ üçün tarifləri çox yüksəkdir, dünyada ən yüksəkdir. Onlar ölkələr arasında ən sərt və ən əlverişsiz qeyri-monetar ticarət maneələrinə malikdirlər. Həmçinin Hindistan həmişə hərbi texnikalarının böyük əksəriyyətini Rusiyadan alıb. Hamının Rusiyanın Ukraynada qətliamları dayandırmasını istədiyi bir vaxtda Çinlə yanaşı Rusiyanın ən böyük enerji alıcısıdır. Buna görə də Hindistan avqustun 1-dən etibarən yuxarıda göstərilənlərə görə 25% tarif və cərimə ödəyəcək. Bu məsələyə diqqətinizə görə təşəkkür edirəm. MAGA!"

Seçilən
5
marja.az

1Mənbələr