AZ

ÇL: “Qarabağ” növbəti mərhələdə

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Şelburn”a (İrlandiya) qalib gələn “Qarabağ” növbəti mərhələyə yüksəlib.

Yenisabah.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan oyun Ağdam təmsilçisinin qələbəsi ilə başa çatıb - 1:0.

Yeganə qol 44-cü dəqiqədə vurulub. Qonaqların heyətində Con Martin avtoqol müəllifi olub. 68-ci dəqiqədə Kadi Borges əllə oyuna görə təyin edilən penaltini qola çevirə bilməyib. Toyuqlu pizza

Qeyd edək ki, Dublində baş tutan ilk oyunda “Qarabağ” rəqibini darmdağın etmişdi - 3:0.

İki görüşün nəticəsinə görə “Şelburn”u mübarizədən kənarlaşdıran “Qarabağ” adını III təsnifat mərhələsinə yazdırıb. Bu mərhələdə komandamızın rəqibi “Şkendiya” (Şimali Makedoniya) – FCSB (Rumıniya) cütünün qalibi olacaq.


Telegram kanalımız
Seçilən
47
1
yenisabah.az

8Mənbələr