AZ

Dollar güclənir, dünya gözləyir– ABŞ iqtisadi göstəriciləri bazarları silkələdi

ABŞ-da gözləniləndən yüksək iqtisadi artım dolların əsas valyutalara qarşı kəskin möhkəmlənməsinə səbəb olub.
AzPost Reuters-ə istinadla xəbər verir ki, ABŞ-da ÜDM-in ikinci rübdə 3% artması bazarlarda dolların qalxışını sürətləndirib. Proqnozlara görə artım 2,4% olmalı idi. Bu göstəricilər investorların diqqətini FED-in bu gün açıqlanacaq faiz qərarına yönəldib.

Dollar indeksi 0,56% artaraq 99,44 bəndə çatıb – bu, son iki ayın ən yüksək səviyyəsidir və bu il ilk dəfə aylıq artım qeydə alına bilər.

Valyutalar üzrə vəziyyət belədir:

  • Avro dollara qarşı 0,65% ucuzlaşaraq $1.1471-ə düşüb.

  • Yapon yeninə qarşı dollar 148,88 səviyyəsinə yüksəlib – son iki həftənin maksimumudur.

  • İsveçrə frankına qarşı da dollar 0,65% bahalaşaraq 0,811-ə çatıb.

ABŞ-ın Avropa İttifaqı və Yaponiya ilə bağladığı ticarət razılaşmaları və Çinlə tarif razılaşmasının uzadılması bazarlara əlavə təkan verib.
Eyni zamanda, Prezident Tramp Hindistandan idxala 25%-lik yeni tarif tətbiq olunacağını açıqlayıb. Bu addımın danışıqlar üçün təzyiq vasitəsi olduğu düşünülür.

FED-in qərarı və Yaponiya Bankının sabahkı açıqlamaları qlobal maliyyə bazarlarında bu həftənin əsas mövzusu olacaq.

AzPost.az

Seçilən
45
azpost.info

1Mənbələr